11:53
5°C
Bakı
Avropa ölkələrindən ibarət bir qrup Ukraynaya qoşun göndərmək planı üzərində gizli şəkildə işləyir.
Moderator Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Assoşeyted Press” öz mənbələrinə istinadla yayıb.
“Onlar Rusiya ilə gələcək hər hansı bir sülh sazişinin icrasını təmin etməyə kömək etmək niyyətindədirlər. Böyük Britaniya və Fransa bu səylərin ön cəbhəsindədir, baxmayaraq ki, təfərrüat hələ azdır, çünki bu ölkələr Putin qarşısında öz planlarını ifşa etmək istəmirlər”, - deyə nəşr yazıb.
Agentliyin məlumatına görə, bu məsələ üzərində təxminən bir il əvvəl iş başlayıb:
"Bununla belə, bunun necə həyata keçiriləcəyi hələ tam aydın deyil. Son plan müharibədən sonrakı təmas xəttinin necə olacağından asılıdır”.