Qəzzada azad edilən üç girov Qızıl Xaç əməkdaşlarına təhvil verilib
1460
15 Feb 2025 | 12:38

Qəzzada azad edilən üç girov Qızıl Xaç əməkdaşlarına təhvil verilib

HƏMAS tərəfindən Qəzza zolağında saxlanılan üç girov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil verilib.
 
“Report” bu barədə xarici KİV-ə istinadən xəbər verir.
 
Hazırda azad edilmiş şəxslərin olduğu BQXK avtomobilləri Qəzza zolağının cənubundakı Xan-Yunis şəhərini tərk edərək İsrail hərbçilərinin yerləşdiyi məntəqələrə doğru hərəkət edir.
 
İsrail Ordusu da Qəzzada azad edilən girovların BQXK-ya təhvil verildiyini və İsrail hərbçilərinə doğru yollandığını təsdiqləyib.
Link kopyalandı!
Son xəbərlər