Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyənin Bingöl vilayətində sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların sayı artıb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, 32 nəfər xəsarət alıb. Dörd nəfər isə ölüb.
Yaralananların və ölənlərin sayının artacağı istisna edilmir.
22:46
Türkiyənin Bingöl vilayətində sərnişin avtobusu aşıb.
Bu barədə “Haber Global” məlumat yayıb.
Hadisə nəticəsində dörd nəfər ölüb, daha 24-ü yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.