Meksika hökuməti “Google”u məhkəməyə verə bilər
Dünya
346
13 Feb 2025 | 22:40

Meksika hökuməti “Google”u məhkəməyə verə bilər

Meksika hökuməti “Google Maps” xəritə xidmətində Meksika körfəzinin adının Amerika Körfəzi olaraq dəyişdirilməsinə görə şirkəti məhkəməyə vermək barədə düşünür.
 
Bunu ölkənin prezidenti Klaudiya Şeynbaum deyib.
 
“Əgər onlar təkid etməyə davam etsələr, biz məhkəməyə müraciət etməyi düşünürük. Çünki onlar hətta Meksika ərazisində, bizim şelfimizdə [Meksika körfəzini Amerika körfəzi] adlandırırlar”, - Şeynbaum gündəlik mətbuat konfransında qeyd edib.
 
Link kopyalandı!
Son xəbərlər