Əsədin Suriyadan getməsinin təfərrüatı: Rusiyalı məmur müəmması
Dünya
606
13 Feb 2025 | 21:27

Əsədin Suriyadan getməsinin təfərrüatı: Rusiyalı məmur müəmması

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd rusiyalı məmurla görüşdən sonra ölkəni tərk edib.
 
Bu barədə "Baza" "Telegram" kanalı yazır.
 
Eks-prezidentin oğlu Hafiz Əsəd məlumat verib ki, ailədən heç kəsin Dəməşqi tərk etmək planı olmayıb. Lakin dekabrın 7-dən 8-nə keçən gecə adı açıqlanmayan rusiyalı məmurun gəlişi hər şeyi dəyişib.
 
H.Əsədin sözlərinə görə, Rusiya nümayəndəsi bir neçə günə Əl-Laziqiyyə şəhərinə getmək barədə israrla xahiş edib. Nəticədə sabiq dövlət başçısının ailəsi Rusiyanın Moskvaya uçan hərbi təyyarəsinə minib.
Link kopyalandı!
Son xəbərlər