Türkiyəli məşhur müğənni Ledi Qaqanı məhkəməyə verir - ŞOK İDDİA
Dünya
769
13 Feb 2025 | 17:47

Türkiyəli məşhur müğənni Ledi Qaqanı məhkəməyə verir - ŞOK İDDİA

“Salla”, "Ya Habibi" kimi mahnıları ilə tanınan türkiyəli müğənni Atiye dünyaca məşhur ulduz Ledi Qaqanı məhkəməyə verir.
 
Publika.az xəbər verir ki, film qalasına qatılan Atiye və həyat yoldaşı musiqi direktoru Erol Sebebci mövzu ilə bağlı açıqlama veriblər.
 
“Magazin Burada”-ya danışan Erol Sebebci məsələyə aydınlıq gətirib: "Daha əvvəl heç eşitməmişdik. Bu oxşarlığı bizə fanatlar bildirdi. Hər ikisinin adı "Abracadabra"dır və musiqi baxımından da oxşarlıq var. Məsələ ilə hüquqşünaslar və ekspertlər maraqlanır. Elə sizin bildiyiniz qədərini bilirik, amma mənim təxminlərimə görə, razılaşacaqlar”.
 
Qeyd edək ki, Ledi Qaqanın "Abracadabra" mahnısı fevralın 3-də çıxıb. Mahnının klipinin premyerası “Grammy” mükafatlandırma mərasimində təqdim olunub.
Link kopyalandı!
Son xəbərlər