Hindistanın Baş naziri Mask ilə görüşmək istəyir
Dünya
751
13 Feb 2025 | 17:40

Hindistanın Baş naziri Mask ilə görüşmək istəyir

Hindistanın Baş naziri Narendra Modi Vaşinqtona səfəri zamanı İlon Maskla görüşməyi planlaşdırır.
 
“Report” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
 
Agentliyin məlumatına görə, bu, “Starlink” şirkətinin Hindistanda öz şəbəkəsini işə salmaq istəyi ilə bağlıdır. Lakin “Starlink” milyarder Mukeş Ambaninin rəhbərlik etdiyi şirkətin müqaviməti ilə qarşılaşıb. M.Ambaninin ölkədə peyk xidmətləri spektrinin təqdim edilməsi ilə bağlı öz baxışı var.
 
Hindistan hökuməti spektrin hərracda satılmasının deyil, paylanmasının lazım olduğunu düşünən Maskın tərəfini tutub. “Starlink”in lisenziya üçün müraciəti hələ də baxılma mərhələsindədir.
Link kopyalandı!
Son xəbərlər