Bizi sosial şəbəkələrdən izləyin:
“Cənubi Qafqazda sülhün əsas dəstəkçisi məhz Azərbaycandır. Ancaq Moskva Bakı ilə münasibətlərdə məntiqsiz hərəkət edir. Bir müddət əvvəl Türkiyə və Rusiya arasında " təyyarə krizi " yaşayarkən türk hökuməti bütün lazımi addımları ataraq prossesin uzanmasına imkan vermədi. Ancaq bu gün Moskva Bakıya qarşı eynisini etmək istəmir. Əksinə, Azərbaycana qarşı hücum kompaniyası həyata keçirir”.
Moderator.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Siyasi sərhçinin sözlərinə görə, Moskva Qərbin Cənubi Qafqazdakı xəttini tamamilə destruktiv hesab edir:
“Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində bildirib. Rusiya XİN başçısının müavini hesab edir ki, Qərbin Cənubi Qafqaz siyasəti regionda vəziyyətin sabitləşməsinə deyil, Moskva üçün əlavə təhdidlərin yaradılmasına yönəlib. Onun fikrincə, Qərb dairələri bu regiondan Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün istifadə etməyə çalışır və bəzi hallarda hətta ayrı-ayrı ölkələri ona qarşı ikinci cəbhə açmağa inandırmağa cəhd göstərir. Qaluzin bu açıqlaması ilə hansı ölkəni nəzərdə tutduğunu deməyib. Rusiyalı diplomatın dediyində həqiqət var. Qərb Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətində olub. Bunu Gürcü Arzusu Partiyasının lideri Bidzina İvanaşvili də öz açıqlamasında təsdiqləyib. Gürcü hökuməti bu məsələyə razı olmadıqdan sonra Qərb eyni sennarini Ermənistanda təkrarlayır. Nikol Paşinyan uzun müddətdir ki, Qərbə doğru həm inteqrasiya siyasəti aparır, həm də Qərbin hərbi kontingentini regiona gətirərək qarşılıq yaratmaq istəyir. Avropa Birliyinin müşahidə missiyasının regiondakı təxribatçı fəaliyyəti, keçən il Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, ABŞ - nin Dövlət katibi Entoni Blinklenin Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş, eyni zamanda Ermənistanla ABŞ arasında imzalanan " strateji əməkdaşlıq " haqqında müqavilə ilə Cənubi Qafqazda gərginliyin yaradılmasına yönəlib. Ancaq Moskva İrəvanın bu hərəkətləri qarşısında sakit qalır, üstəlik Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi hər ötən il sürətli şəkildə artır. Qaluzinin verdiyi açıqlama onu göstərir ki, Rusiyanın sözləri ilə əməli arasında uyğunluq yoxdur. Əgər Moskva Cənubi Qafqazda daimi sülh istəsəydi Azərbaycanla münasibətlərin bu cür gərginləşməsinə yol verməzdi”.
Mehin Mehmanqızı