Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyanın Moldovadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Publika.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
Səbəb ölkənin cənubunda iki pilotsuz uçuş aparatının düşməsi olub.
“Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Kişinyovdakı səfirini rəsmi izahatlar vermək və bu qəbuledilməz hərəkətlərə qarşı kəskin etirazını bildirmək xahişi ilə təcili olaraq çağırmaq qərarına gəlib”, - bəyanatda deyilir.
Moldova XİN-in məlumatına görə, fevralın 13-nə keçən gecə Çumay kəndi və Ceadir-Lunqa şəhəri yaxınlığında iki PUA-nın qəzaya uğraması barədə sərhəd xidmətinin məlumatı daxil olub. Lakin itkilər barədə məlumat verilməyib.