Ekskluziv
557
15:53, Bu gün

"İsrail İranın nüvə obyektlərinə güclü zərbələr endirməyə hazırlaşır" - ABŞ kəşfiyyatı

"Bu, Yaxın Şərqdə vəziyyətun yenidən kəskinləşməsinə və regional münaqişəyə səbəb olacaq..."
 
İsrail yaxın aylarda preventiv tədbir kimi İranın nüvə obyektlərinə zərbələr endirəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerika kəşfiyyatına istinadən "The  Wall Street Journal" və "The Washington Post" nəşrləri yazıb.
 
İlkin qiymətləndirmələrə əsasən, bu hücumlar Tehran rejiminin nüvə proqramını bir neçə ay geriyə atsa da, Yaxın Şərqdə vəziyyətin yenidən kəskinləşməsinə və daha genişmiqyaslı regional münaqişə perspektivinin yenidən gündəmə gəlməsinə səbəb olacaq.
 
İsrailin mümkün hücumları ilə bağlı xəbərdarlıqlar ABŞ kəşfiyyatının bir neçə hesabatında yer alıb. Bu hesabatlar Baydenin prezidentliyinin son dövründən başlayaraq Trampın hakimiyyətə gəlişinə qədər olan müddəti əhatə edir.
 
Lakin ən əhatəli hesabat ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah rəisləri Komitəsinin Kəşfiyyat İdarəsi və Pentaqon Kəşfiyyat İdarəsi tərəfindən 2025-ci ilin yanvarında hazırlanıb. Bu hesabatda xəbərdarlıq edilir ki, İsrail 2025-ci ilin ilk altı ayı ərzində İrandakı "Fordo" və "Natanz" nüvə obyektlərinə güclü zərbələr endirməyə cəhd göstərə bilər.
 
Hazırkı və keçmiş ABŞ rəsmilərinin kəşfiyyat məlumatlarına istinadən verdiyi açıqlamalara görə, bu qənaət İsrailin 2024-cü ilin oktyabrında İrana endirdiyi zərbələrin nəticələrinə əsaslanaraq əldə edilib. Həmin bombardman İranın hava hücumundan müdafiə sistemlərini xeyli zəiflədib və Tehranın növbəti hücumlar qarşısında müdafiəsiz qalmasına yol açıb.
 
İki amerikalı rəsminin verdiyi məlumata görə, kəşfiyyat hesabatları onu da göstərir ki, İsrail ABŞ prezidenti Donald Trampın Baydendən fərqli olaraq bu hücumları yalnız təsdiqləmək deyil, hətta onların hazırlanmasına da qoşulmaq ehtimalının daha yüksək olduğunu düşünür. 
 
Amerika hərbçilərinin fikrincə, bu cür hücumlar, çox güman ki, ABŞ-ın əlavə silah və dəstəyini tələb edəcək. Bundan başqa, İsrail hesab edir ki, vaxt onların əleyhinə işləyir və İranın atom bombası hazırlamasının qarşısını almaq üçün "imkan pəncərəsi" hər gün daha da daralır.
 
Məqalələrdə qeyd olunur ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz bir müddət öncə bəyan edib: "Prezident Donald Tramp açıq şəkildə bildirib ki, o, İranın nüvə silahına sahib olmasına imkan verməyəcək". O, həmçinin əlavə edib: "O, ABŞ-ın İran rejimi ilə uzunmüddətli problemlərini sülh yolu ilə həll etməyə üstünlük verir, lakin sonsuza qədər gözləməyəcək".
 
Fevralın 9-da "The New York Times" nəşrinə müsahibəsində ABŞ prezidenti Donald Tramp Tehranla razılaşma əldə etməyə hazır olduğunu bəyan edib. O, bildirib ki, bu razılaşmanı bombardmanlardan üstün tutur:
 
"Mən İranla nüvə silahı olmayan bir razılaşmanın əldə edilməsini istərdim", - Tramp bildirib. -  "Bunu, onu yerlə-yeksan etməkdən üstün tuturam. Onlar ölmək istəmirlər. Heç kim ölmək istəmir". Bununla belə, o, bir şərt də irəli sürüb: "Əgər biz razılaşma əldə etsək, İsrail onları bombalamaz."
Link kopyalandı!
Son xəbərlər