ABŞ NATO-dan çıxacaq?
Dünya
1290
01:03, Bu gün

ABŞ NATO-dan çıxacaq?

ABŞ NATO-dan çıxmağı planlaşdırmır, lakin Avropa ilə münasibətlərdə Brüsselin Vaşinqtondan asılılığını artıran balanssızlığı qəbul etməyəcək.
 
Bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Brüsseldə Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb təmas qrupunun iclasında bildirib.
 
O, ABŞ-nin NATO-ya və Avropa ilə müdafiə sahəsində tərəfdaşlığa sadiq qalacağını qeyd edib.
 
"Bizim münasibətlərimizdə prioritet Avropanı gücləndirmək olmalıdır ki, onlar öz təhlükəsizliyinə görə məsuliyyəti öz üzərlərinə götürsün", - hərbi departamentinin rəhbəri vurğulayıb.
 
O, həmçinin Avropanı müdafiə sahəsinə daha çox xərcləməyə çağırıb.
 
"Ümumi daxili məhsulun 2%-i kifayət deyil. Prezident Tramp 5% təklif edib və mən bununla razıyam", - Heqset bildirib.
Link kopyalandı!
Son xəbərlər