Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistanın Avropa İttifaqına üzvlük prosesi ilə bağlı qanun Avrasiya İqtisadi İttifaqı və Rusiya ilə münasibətlərdə riskləri artırmayacaq.
APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu Baş nazir Nikol Paşinyan deyib.
O eyni zamanda qəbul edilən qanunu balanslaşdırılmış siyasətin sübutu adlandırıb:
“Biz çoxsaylı risklərin olduğunu bilirik. Lakin bu qərar həmin riskləri daha təhlükəli yox, daha idarəolunan edir”.