Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya və Sudan Rusiya hərbi-dəniz bazasının yaradılması məsələsində razılığa gəlib.
Bunu Sudanın xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Əli Yusif Şərif Rusiyanın Sudandakı hərbi dəniz bazası ilə bağlı razılaşmanın hazırkı vəziyyətini şərh edərkən deyib.
“Biz bu məsələdə qarşılıqlı anlaşma əldə etmişik, ona görə də sual kifayət qədər sadədir. Əlavə edəcəyim heç nə yoxdur, razılaşdıq, hər şeyə dair anlaşdıq”, - o bildirib.