Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ diplomatiya dilini anlamadığına görə rəsmi Tehran Vaşinqtonla danışıqlardan imtina edir.
Moderator.az CNN telekanalına istinadla xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mühacirani deyib.
"Danışıqlar özlüyündə şərtləri nəzərdə tutur. Güc dili danışıqlar prosesinin bir hissəsi deyil və elan edilmiş maksimum təzyiq danışıqlara heç cür kömək etmir. Biz qarşı tərəflə danışıqlara "yox" deyirik, çünki onlar diplomatiya dilini başa düşmürlər. Dünya gördü ki, Birgə Hərtərəfli Fəaliyyət Planı İranın səyləri nəticəsində imzalandı, lakin hər şey onların sazişdən təktərəfli qaydada çıxması ilə qurtardı" , - deyə F.Mühacirani mətbuat konfransında bildirib.