Əhməd Davudoğlu:
Dünya
488
15:58, Bu gün

Əhməd Davudoğlu: "Qəzza zolağını referendum yolu ilə Türkiyəyə birləşdirmək lazımdır"

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu (müxalif "Gələcək" partiyasının lideri) Qəzza zolağına Türkiyənin muxtar bölgəsi statusunun verilməsi təklifi ilə çıxış edib.
 
Moderator.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, o, ABŞ-nin Qəzza zolağını nəzarət altına alacaqlarını və onun bərpasına görə cavabdeh olacaqlarını bəyan etmiş Prezident Donald Trampın planlarını tənqid edib.
 
"Türkiyə Osmanlı dövlətinin qanuni varisi kimi, Qəzza zolağının sakinlərinə ortaq tariximiz kimi yanaşmalıdır. Nə qədər ki, Fələstin dövləti yaradılmayıb, qoy Qəzza zolağının sakinləri referendum keçirsinlər və muxtar bölgə qismində Türkiyəyə birləşsinlər", - deyə Ə.Davudoğlu vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər