ABŞ-də helikopter uçuşlarına məhdudiyyətlər tətbiq edilir
Dünya
202
15:29, Bu gün

ABŞ-də helikopter uçuşlarına məhdudiyyətlər tətbiq edilir

ABŞ Federal Aviasiya İdarəsi (FAA) Vaşinqtonda baş verən aviaqəzadan sonra Ronald Reyqan adına hava limanı yaxınlığında helikopter uçuşlarını qadağan etmək niyyətindədir.
 
Bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.
 
Bildirilir ki, FAA hava məkanının təhlükəsizliyinin yaxşılaşdırılması üzrə uzunmüddətli tədbirlər çərçivəsində helikopter uçuşlarına daimi məhdudiyyətlər tətbiq etmək istəyir.
 
Xatırladaq ki, yanvarın 29-da "PSA Airlines" aviaşirkətinə məxsus "Bombardier CRJ700" sərnişin təyyarəsi Vaşinqton hava limanına eniş edərkən təlim uçuşu həyata keçirən "Sikorsky UH-60" ("Black Hawk") hərbi helikopteri ilə toqquşub. Hər iki hava gəmisi çaya düşüb. Təyyarədə 64, helikopterdə isə 3 nəfər olub. Onların hamısı həlak olub. ABŞ Müdafiə Nazirliyinin qərarına əsasən, hərbi helikopterin həlak olan ekipaj üzvlərindən birinin adı açıqlanmayıb. Qəzanın dəqiq səbəbləri hələ müəyyən edilməyib.
Link kopyalandı!
Son xəbərlər