İranın 24 əyalətində elektrik enerjisi kəsildikdən sonra paytaxt Tehranın, Kohqiluye və Boyer Əhməd əyalətinin Dehdəşt şəhərinin sakinləri etiraz aksiyası keçirib, hökumət əleyhinə şüarlar söyləyiblər.
Moderator.az xəbər verir ki, məlumatı “İran İnternational” yayıb.
Bildirilib ki, soyuq hava şəraitində elektrik enerjisinin kəsilməsi və fasilələrin yaranmasına etiraz edənlər “Diktatora ölüm!”, “İslam Respublikasına ölüm!” kimi şüarlar söyləyiblər.
Hadisə zamanı Dehdəştdə Atef Tahirnia, Caber Firuği, Kamran Buzari, Əmir Hüseyn Cəfəri və Puria Barati polislər tərəfindən saxlanılıb.
Məlumata görə, İranın Təhsil Nazirliyi əlverişsiz hava şəraiti ilə əlaqədar 24 əyalətdə məktəblər, banklar, univeristetlər, hökumət müəssisələri fevralın 12-də bir günlük bağlanıb. Bundan başqa, məktəblərin də virtual olaraq fəaliyyət göstərməyəcəyi açıqlanıb.