Mask və Makron arasında münasibətlər pisləşib?
Dünya
215
11 Feb 2025 | 21:40

Mask və Makron arasında münasibətlər pisləşib?

Son həftələr Fransa Prezidenti Emmanuel Makron və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask arasında münasibətlər pisləşib.
 
Bu barədə "Politico" mənbələrə istinadən məlumat verib.
 
Məqalədə qeyd olunur ki, iş adamı Parisdə keçirilən süni intellekt sammitində iştirak etmir. Nəşr bunu "prezident üçün zərbə" adlandırıb.
 
Xatırladaq ki, Fransa prezidenti Maskı başqa ölkələrdə keçirilən seçkilərə müdaxilə etməkdə ittiham edib.
Link kopyalandı!
Son xəbərlər