"Ukrayna ABŞ-ın dəstəyini qorumaq üçün nə təklif edəcək?.."
Ukrayna prezidenti hesab edir ki, yalnız ABŞ-ın iştirakı ilə real təhlükəsizlik zəmanətləri əldə etmək mümkündür.
Moderator.az xəbər verir ki, o, bu barədə "The Guardian" nəşrinə müsahibəsində danışıb.
"ABŞ-ın iştirakı olmadan təhlükəsizlik zəmanətləri əsl zəmanət deyil", - Ukrayna prezidenti bildirib. Onun sözlərinə görə, o, Avropanın bu məsələdə əsas zəmanətçi rolunu üzərinə götürə biləcəyi barədə fikirləri eşidir, lakin həmişə buna "yox" cavabı verir.
Bundan əlavə, Zelenski vurğulayıb ki, əgər ABŞ prezidenti Donald Tramp Ukraynaya dəstəyi geri çəksə, Avropa bu boşluğu təkbaşına doldura bilməyəcək. O, buna misal olaraq "Patriot" hava hücumundan müdafiə sistemini göstərib:
"Yalnız "Patriot" bizi bütün növ raketlərdən qoruya bilər. Digər Avropa sistemləri də var, ancaq onlar tam müdafiəni təmin edə bilməz. Ukraynanın xilas olmasına kömək edənlər Ukrayna biznesi ilə birlikdə onu bərpa etmək imkanına da sahib olacaq. Biz bütün bu məsələləri ətraflı müzakirə etməyə hazırıq", - Zelenski əlavə edib.
Bundan öncə müttəfiqlərin Ukrayna üçün "ən ucuz" təhlükəsizlik zəmanətləri barədə məlumat yayıb. Vladimir Zelenski hesab edir ki, belə bir zəmanət yalnız NATO-ya üzvlüklə təmin oluna bilər.
"Müharibəni bitirmək üçün Rusiya ilə birbaşa ərazi mübadiləsi mümkündür..."
Prezident qeyd edib ki, hələlik Ukraynanın əvəzində Rusiyadan hansı işğal olunmuş əraziləri tələb edəcəyini bilmir. Əgər ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiyanı danışıqlar masasına oturtmağı bacarsa, Kiyev Moskvaya işğal altındakı Kursk vilayətini geri qaytarmaq müqabilində birbaşa ərazi mübadiləsi təklif edə bilər.
"Biz bir ərazini digərinə dəyişə bilərik", - o, bildirib. Zelenski vurğulayıb ki, hazırda Ukraynanın Rusiya tərəfindən işğal olunmuş hansı əraziləri tələb edəcəyini bilmir. "Bilmirəm, baxarıq. Amma bütün torpaqlarımız bizim üçün önəmlidir, heç bir prioritet yoxdur", - prezident əlavə edib.
"Ukrayna ABŞ-ın dəstəyini qorumaq üçün nə təklif edəcək?.."
Zelenski ABŞ-ın dəstəyini qorumaq üçün Tramp ilə Ukraynanın bərpası məsələsini amerikalı şirkətlər üçün sərfəli şərtlərlə müzakirə etməyə hazırdır. Onun sözlərinə görə, o, ABŞ şirkətlərinə yenidənqurma layihələri üçün sərfəli müqavilələr və investisiya güzəştləri təklif edəcək ki, Trampı Ukrayna tərəfinə çəkməyə çalışsın.
"Ukraynanın xilas olmasına kömək edənlər onu öz biznesləri ilə birlikdə bərpa edə biləcək. Biz bütün bunları detallı müzakirə etməyə hazırıq", - Zelenski qeyd edib. O, əlavə edib ki, danışıqlara hazırdır, lakin Ukraynanın bunu "güc mövqeyindən" etməsini istəyir.
Bundan öncə ABŞ-ın müdafiə naziri köməkçisinin sabiq müavini, Avropa və NATO siyasəti üzrə ekspert Yan Bjezinski bəyan edib ki, Qərb Rusiya hərb maşınını məhv edə və Vladimir Putini danışıqlar masasına oturmağa məcbur edə bilər. Onun fikrincə, bunun üçün "soyuq müharibə" strategiyasına bənzər bir taktika tətbiq edilməlidir.