Husilər İsraili HƏDƏLƏDİ:
Dünya
348
20:27, Bu gün

Husilər İsraili HƏDƏLƏDİ: "Barmağımız tətikdədir, dərhal..."

Qüds Qəzza zolağında döyüşləri bərpa edərsə, Yəmənin "Ənsar Allah" hərəkatının husi üsyançıları İsrail ərazisinə hücumları bərpa etməyə hazırdır.
 
Publika.az "Al Masirah" telekanalına istinadla xəbər verir ki, bunu hərəkatın lideri Əbdül-Malik Əl-Husi deyib.
 
“Bizim barmağımız tətikdədir və düşmən İsrail Qəzza zolağına qarşı təcavüzü bərpa edərsə, onunla dərhal eskalasiyaya hazırıq", - o qeyd edib.
 
Xatırladaq ki, yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. 42 gün davam edəcək atəşkəsin birinci mərhələsi çərçivəsində HƏMAS-ın bütün qadın və uşaqlar da daxil olmaqla 33 israilli girovu azad edəcəyi gözlənilir. İsrail buna cavab olaraq azad edilmiş hər mülki şəxs üçün 30, hər əsgər üçün isə 50 fələstinli məhbusu azad edəcək.
 
O vaxtdan bəri İsrail və HƏMAS bir neçə mübadilə həyata keçirib.
 
Fevralın 8-də İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatını məhv etmək və Qəzza zolağında radikallar tərəfindən saxlanılan bütün girovları qaytarmaq niyyətində olduğunu açıqlayıb.
Link kopyalandı!
Son xəbərlər