Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ, Böyük Britaniya və Avstraliya Rusiyanın Zservers şirkəti və onunla əlaqəli olan 6 şəxsə qarşı sanksiyalar tətbiq edib.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, şirkət zərərveirci proqramdan istifadə edərək müxtəlif qurumlara qarşı kiberhücumlar təşkil edib. Qara siyahıya həmçinin Böyük Britaniyada yerləşən Xhost Internet Solutions provayderi də daxil edilib. Onun Zservers-ə məxsus olduğu və onun tərəfindən idarə edildiyi bildirilir.
Sanksiya siyahısına salınan şəxslərə aşağıdakı Zservers əməkdaşları daxildir: Aleksandr Bolşakov, Aleksandr Mişin, İlya Sidorov, Dmitri Bolşakov, İqor Odintsov, Vladimir Ananyev. Onların hamısının ABŞ, Böyük Britaniya və Avstraliyaya girişi qadağan olunub, bu ölkələrin banklarındakı hesabları dondurulacaq.
Bildirilir ki. Barnaulda qeydiyyatda olan Zservers Avstraliyanın tibbi sığorta şirkəti Medibank Private Limited-dən şəxsi məlumatların oğurlanmasını təşkil edib.