Bizi sosial şəbəkələrdən izləyin:
Əfqanıstanın şimal-şərqində yerləşən Kunduz əyalətində “Kabul Bank”ın şöbəsi yaxınlığında terrorçu-kamikadze tərəfindən törədilən terror aktı nəticəsində ən azı beş nəfər ölüb.
Moderator.az xəbər verir ki, partlayış səhər saat 08:35-də baş verib. Qurbanlar arasında bankın mühafizəçisi, eləcə də mülki şəxslər və "Taliban" hərəkatının üzvləri də daxil olmaqla dörd nəfər var. Bundan başqa, yeddi nəfər yaralanıb.
Əyalət polisinin nümayəndəsi qeyd edib ki, hələ heç bir terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Hakimiyyət orqanları hadisəni araşdırmağa davam edir.
Xatırladaq ki, "İslam dövləti"nin Əfqanıstan bölməsinin yaraqlıları “Taliban”ın 2021-ci ildə hakimiyyətə qayıtmasından sonra taliblərə qarşı mübarizə aparırlar. /Report/