Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Federal Təhqiqat Bürosu (FTB) 35-ci prezident Con Kennedinin qətli ilə bağlı təxminən 2,4 min gizli yazışma aşkarlayıb.
Bu barədə "Axios" portalı məlumat yayıb.
Bildirilib ki, məxfi yazışmalar Ağ Evin ötən həftə mövcudluğu barədə məlumat yaydığı 14 min səhifəlik sənədlərdə əks olunub.
Xatırladaq ki, Donald Tramp 23 yanvarda Kennedinin qətlinin aydınlaşdırılması üçün fərman imzalayıb.