ABŞ-nin “Hyatt” şirkəti “Playa Hotels”i 2,6 milyard dollara alacaq
Dünya
1340
10 Feb 2025 | 19:47

ABŞ-nin “Hyatt” şirkəti “Playa Hotels”i 2,6 milyard dollara alacaq

Hotellər şəbəkəsinin sahibi olan ABŞ-nin “Hyatt Hotels Corp.” şirkəti “Playa Hotels & Resorts N.V.”nin dövriyyədə olan bütün səhmlərini hər səhm üçün 13,5 dollar qiymətinə almaq barədə razılıq əldə edib.
 
Bu barədə “Hyatt”ın saytında məlumat dərc edilib.
 
Sövdələşmənin ümumi məbləği təxminən 2,6 milyard dollar təşkil edəcək. Bu məbləğə “Playa”nın təxminən 900 milyon dollar borc öhdəlikləri daxildir, lakin onun nağd vəsaitləri nəzərə alınmır.
 
“Playa” Meksika, Dominikan Respublikası və Yamaykada "hər şey daxil" sistemi ilə işləyən kurortların aparıcı sahibi və operatorudur.
 
Hazırda “Hyatt” şirkəti “Playa”nın dövriyyədə olan səhmlərinin 9,4 %-nin benefisiar sahibidir.
 
“Playa” səhmdarları tərəfindən təsdiqlənməsi və lazımi icazələrin alınması şərti ilə sövdələşmənin cari ilin sonuna qədər bağlanacağı gözlənilir.
 
Fevralın 10-da Nyu-Yorkda ilkin ticarətdə “Hyatt” səhmlərinin qiyməti 0,4 % azalıb. Son üç ay ərzində şirkətin kapitallaşması 4,2 % artaraq 15,75 milyard dollar təşkil edib.
Link kopyalandı!
Son xəbərlər