Ermənilərin sərhədə gətirdiyi naməlum heykəl: 49 illik plan ortaya çıxdı – FOTO 
Dünya
1199
10 Feb 2025 | 10:29

Ermənilərin sərhədə gətirdiyi naməlum heykəl: 49 illik plan ortaya çıxdı – FOTO 

Ermənilərin məşhur “Ana Ermənistan”  heykəli Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Aygehovit kəndinin Kayan adlı ərazisində qalıb. 
 
Heykəlin tam iki ölkə sərhədində, minalı ərazidə qaldığı, ermənilərin heykəlin yanına keçə bilmədiyi deyilir.
 
Məlumata görə, “Arevik” adı ilə də tanınan heykəl 1976-cı ildə Adibek Qriqoryan adlı heykəltaraş tərəfindən hazırlanıb. Ermənistan KİV yazır ki, həmin vaxtlar da Azərbaycan Cənubi Qafqazda iki qonşu ölkə üzərində dominant və hegemon ölkə olaraq qəbul edilib. Ermənilər isə ölkələrini “qürurlandırmaq” və qüdrətli göstərmək üçün ərsəyə gətirilən bu heykəli Ermənistanın Gürcüstana yaxın bölgəsi və Azərbaycanla tam sərhəd xəttinə yerləşdiriblər. Ermənistan rəsmilərinin müzakirələr apardıqdan sonra heykəlin qəsdən azərbaycanlıların rahat görə biləcəyi əraziyə yerləşdirilməsi ilə bağlı qərar verdiyi bildirilir. Beləliklə sərhəddə yerləşən azərbaycanlılarla yanaşı, Gürcüstan və Azərbaycandan buraya daxil olan hər kəsin ilk sözügedən heykəli görməsi nəzərdə tutulub.
 
Heykəlin hündürlüyü 17 metrdir, alüminiumdan hazırlanıb. 2019-cu il sentyabrın 29-da heykəlin ətrafındakı çərçivə güclü külək nəticəsində dağılıb. Hazırda onun ermənilərin sərhəddə minaladığı ərazidə qaldığı və heç kimin yaxınlaşa bilmədiyi deyilir.//globalinfo.az
 
 
Link kopyalandı!
Son xəbərlər