Prezident nazirlərin istefasını tələb etdi
Dünya
1902
08:20, Bu gün

Prezident nazirlərin istefasını tələb etdi

Kolumbiya Prezidenti Qustavo Petro nazirlərdən və inzibati departament başçılarından istefa vermələrini tələb edib.
 
Bu barədə Kolumbiya lideri sosial şəbəkədə yazıb.
 
“Mən nazirlərin və inzibati departament direktorlarının rəsmi istefasını tələb etdim. Xalqın müəyyən etdiyi proqrama daha çox uyğunluğa nail olmaq üçün Nazirlər Kabinetində bəzi dəyişikliklər olacaq”, – Petro qeyd edib.
 
O əlavə edib ki, hökumət ölkənin inkişaf proqramının həyata keçirilməsinə “tam diqqət yetirəcək”.
 
Daha əvvəl Kolumbiyanın daxili işlər naziri Xuan Fernando Kristo mövcud fikir ayrılıqlarına görə nazirlərin istefa vermələrini təklif etmişdi.
 
Link kopyalandı!
Son xəbərlər