Mask
Dünya
1360
09 Feb 2025 | 22:06

Mask "Azadlıq Radiosu" və "Amerikanın Səsi" radiostansiyalarını bağlamağa çağırıb

ABŞ "Azadlıq Radiosu" və "Amerikanın Səsi" radiostansiyalarını bağlamalıdır, çünki heç kim onları dinləmir, onların fəaliyyəti isə ildə təxminən 1 milyard dollara başa gəlir.
 
Bu barədə amerikalı milyarder İlon Mask "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
 
Onun fikrincə, bu radiostansiyaları "öz-özünə danışan dəli" radikal solçular idarə edir. Eyni zamanda, hər iki radiostansiyaya ABŞ-nin vergi ödəyiciləri tərəfindən toplanan təxminən 1 milyard dollar xərclənir.
 
Xatırladaq ki,"Azadlıq Radiosu" və "Amerikanın Səsi" bir sıra digər KİV kimi ABŞ hökuməti tərəfindən maliyyələşdirilir və ABŞ Qlobal Media Agentliyi tərəfindən idarə olunur.
Link kopyalandı!
Son xəbərlər