Rusiyada bir ailənin üç üzvü yanaraq ölüb
Dünya
1377
09 Feb 2025 | 17:53

Rusiyada bir ailənin üç üzvü yanaraq ölüb

Rusiyanın Qaraçay-Çərkəz respublikasının Zelençukskaya kəndində fərdi yaşayış evində baş verən yanğında beş yaşlı uşaq və onun valideynləri ölüblər.
 
“Report”un məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin "Telegram" kanalında bildirilib.
 
Hadisə yerində yanğınsöndürənlər və Rusiya İstintaq Komitəsinin nümayəndələri işləyirlər.
 
Yanğının səbəbi araşdırmalardan sonra məlum olacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər