İstanbulda dəniz suyu çəkildi
Dünya
1381
09 Feb 2025 | 16:13

İstanbulda dəniz suyu çəkildi

İstanbulun Silivri bölgəsi sahilində dəniz suyunun metrlərcə geri çəkilməsi vətəndaşlarda narahatlıq yaradıb.
 
Türkiyəli mütəxəssislər bunun Egeydəki zəlzələlərlə bağlı olub-olmamasına aydınlıq gətiriblər.
 
Hazırda su çəkilməsinin Egeydəki seysmik aktivliklə heç bir əlaqəsi olmadığını bildirən mütəxəssislər, hadisənin səbəbinin güclü külək olduğunu bildiriblər.
 
Mütəxəssislər Silivri üçün narahat olmağa ehtiyac olmadığını, lakin şimal küləyinin şimaldan cənuba daşıdığı suyun Bandırma sahilində daşqınlara səbəb ola biləcəyini qeyd ediblər.
 
Yaxın günlərdə çəkilmiş dəniz suyunun geri dönəcəyi də bildirilib.
 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər