Malidə silahlıların hücumu nəticəsində 50-dən çox adam ölüb
Dünya
480
08 Feb 2025 | 18:32

Malidə silahlıların hücumu nəticəsində 50-dən çox adam ölüb

Malinin şimal-şərqindəki Qao şəhəri yaxınlığında silahlı şəxslərin mülki konvoya və onun hərbi eskortuna hücumu nəticəsində 50-dən çox adam ölüb.
 
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli rəsmilər və sakinlər məlumat yayıb.
 
Hücum Qao kəndi yaxınlığında, İŞİD və “Əl-Qaidə” ilə əlaqəsi olan qrupların on ildən artıqdır fəaliyyət göstərdiyi bölgədə baş verib.
 
“İnsanlar xilas olmağa çalışaraq özlərini maşınlardan yerə atırdılar. Mülki vətəndaşlar arasında çoxlu sayda ölü və yaralı var”, - yerli sakin deyib.
 
Onun sözlərinə görə, 56 qurbanın cəsədi Qao xəstəxanasına çatdırılıb, hərbi itkilərin sayı isə məlum deyil.
 
Həmçinin qeyd edilir ki, insan ölümü ilə nəticələnən hücumlar çox tez-tez olduğundan hərbçilər demək olar hər gün konvoylar üçün eskort təşkil edir.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər