Paris prokurorluğu
Dünya
486
09:00, Bu gün

Paris prokurorluğu "X" sosial şəbəkəsi ilə bağlı araşdırmaya başlayıb

Paris prokurorluğu (Fransa) "X" sosial şəbəkəsi alqoritmlərinin təhrif edildiyi iddiası ilə bağlı araşdırmalara başlayıb.

 
Moderator.az Oxu.Az - a istinadla xəbər verir ki, bu barədə "Franceinfo" radiostansiyası məlumat yayıb.
 
"Ehtimal olunur ki, alqoritmlər avtomatlaşdırılmış məlumatların emalı sisteminin işini təhrif edib. Hakimlər və kibercinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları sistemi təhlil edir və ilkin texniki yoxlama aparırlar", - prokurorluqdan bildirilib.
 
Məlumata görə, araşdırma fransalı deputat Erik Botorelin yanvarın 12-də "X"in işinin qərəzli alqoritmlər əsasında qurulduğunu bildirməsindən sonra başlayıb.
Link kopyalandı!
Son xəbərlər