Sabah HƏMAS üç israilli girovu azad edəcək
Dünya
260
00:14, Bu gün

Sabah HƏMAS üç israilli girovu azad edəcək

Fələstinin HƏMAS hərəkatı fevralın 8-də üç israilli girovu azad etmək niyyətində olduğunu açıqlayıb.
 
Onların arasında Almaniya vətəndaşı Ohad Ben-Ami də var.
 
Bəyanatı HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşmasının nümayəndəsi Əbu Ubeydə yayıb.
 
“İsrail ilə girovların mübadiləsi razılaşmasının bir hissəsi olaraq, biz şənbə günü, fevralın 8-də Eliyahu Şarabi, Or Levi və Ohad Ben-Amini azad etmək qərarına gəldik”, - Əbu Ubayda teleqram kanalında yazıb.
Link kopyalandı!
Son xəbərlər