Cəlal Harutyunyana HÖKM OXUNDU
Dünya
597
18:10, Bu gün

Cəlal Harutyunyana HÖKM OXUNDU

Ermənistanda məhkəmə Qarabağdakı keçmiş separatçı rejimin keçmiş komandanı Cəlal Harutyunyanı 5 il 5 ay müddətinə həbsə məhkum edib.
 
Moderator.az bu barədə "Sputnik" Ermənistana istinadən xəbər verib.
 
Qeyd edək ki, Cəlal Harutyunyanın məhkəməsi Sünikdə baş tutub.
 
Prokurorlar Cəlal Harutyunyan üçün 6 il həbs istəmişdilər.
 
44 günlük müharibədə ölən əsgərlərin valideynləri isə müttəhimin 8 il həbs edilməsinə israr edirdilər.
 
Məlumat üçün əlavə edək ki, C.Harutyunyanın ittiham edildiyi epizodlar əsasən 44 günlük müharibə zamanı separatçı ordunun "əks-hücum əməliyyatlarının" uğursuzluqla nəticələnməsi ilə bağlıdır.
 
Link kopyalandı!
Son xəbərlər