Suriyanın Rusiya hərbi bazalarının ölkədə qalması üçün şərti var
Dünya
293
14:12, Bu gün

Suriyanın Rusiya hərbi bazalarının ölkədə qalması üçün şərti var

Suriya ölkə ərazisindəki Rusiya hərbi bazalarının saxlanılmasının şərtini açıqlayıb.
 
Rəsmi Dəməşqin məsələ üzrə mövqeyinə ölkənin keçid hökumətinin müdafiə naziri Murhaf Əbu Qasra "The Washington Post" qəzetinin müxbirinin müvafiq sualını cavablandıranda aydınlıq gətirib.
 
O bildirib ki, Rusiyanın Tartus və Hmeymimdəki hərbi bazalarının mövcudluğu Suriya üçün faydalı olarsa, onlar ölkə ərazisində saxlanılacaqlar:
 
"Suriya üçün fayda götürsək, o zaman bəli".
Link kopyalandı!
Son xəbərlər