Tramp Netanyahuya görə BCM-yə sanksiya tətbiq etdi
Dünya
401
11:09, Bu gün

Tramp Netanyahuya görə BCM-yə sanksiya tətbiq etdi

Donald Tramp ABŞ və onun müttəfiqləri, o cümlədən İsraillə bağlı araşdırmalara görə Beynəlxalq Cinayət Məhkəməsinə maliyyə sanksiyaları tətbiq edən sərəncam imzalayıb.

Bu barədə “Foks Nyus” məlumat yayıb.

Sərəncamda deyilir ki, BCM ABŞ və İsrailə qarşı qanunsuz və əsassız addımlar atıb:

“BCM hüquqi əsas olmadan yurisdiksiya bəyan edib və ABŞ, eləcə də bəzi müttəfiqlərin, o cümlədən İsrailə qarşı ilkin araşdırmalara başlayıb, Benyamin Netanyahu, həmçinin keçmiş müdafiə naziri Yoav Qallanta əsassız həbs orderi verməklə səlahiyyətlərindən sui-istifadə edib”.

Vurğulanır ki, BCM-nin ABŞ və ya İsrail üzərində yurisdiksiyası yoxdur, çünki heç bir ölkə Roma Statutunun tərəfi və ya məhkəmənin üzvü deyil.(axar.az)

Link kopyalandı!
Son xəbərlər