Bizi sosial şəbəkələrdən izləyin:
İran müharibə və nüvə silahı yaratmağa can atmır, çünki ölkənin doktrinası bu cür silahların istifadəsini rədd edir.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian xarici diplomatlarla görüşündə deyib.
"Biz nüvə silahı yaratmağa çalışmırıq. Bunu yoxlamaq sadə işdir”, - o söyləyib.
İran prezidenti əlavə yoxlamalara etiraz etmədiyini deyib.