Trampın Qrenlandiyanın ABŞ-yə birləşdirmək təklifi Aİ-də böhrana səbəb olub
Dünya
396
20:36, Bu gün

Trampın Qrenlandiyanın ABŞ-yə birləşdirmək təklifi Aİ-də böhrana səbəb olub

Ağ Ev rəhbəri Donald Trampın Qrenlandiyanın ABŞ-yə birləşdirmək təklifi Danimarka və Avropa İttifaqında böhrana səbəb olub.
 
APA xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
 
“Qrenlandiyanı almaq təklifi yeni bir şey deyil - Vaşinqton ilk dəfə 1867-ci ildə belə müraciətlər etmişdi. Lakin Trampın NATO müttəfiqinə qarşı hərbi güc tətbiqini istisna etməkdən imtina etdiyi son cəhd Danimarka və Aİ-ni böhrana sürükləyib”, - məlumatda deyilir.
 
Qeyd olunur ki, Arktika hazırda hərbi, kommersiya və diplomatik maraq kəsb edir, o cümlədən qlobal güclər arasında strateji rəqabət regionuna çevrilir.
Link kopyalandı!
Son xəbərlər