Paşinyan:
Dünya
524
16:11, Bu gün

Paşinyan: "Ermənistanın müstəqil dövlətçiliyi olmayıb"

"Ermənistan bir neçə əsr müstəqil dövlətçiliyə malik olmayıb. 30 il əvvəl öz müstəqilliyimizi qurmağa başlamışıq və indi sabit demokratiyanın yaradılması prosesindəyik".
 
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində deyib.
 
"Bilirsiniz, bu, doğrudan da vacib məsələdir. İndi biz xalqımıza dövlətçilik və müstəqillik ideyalarını çatdırmağa çalışırıq. Çünki siz haqlısınız, biri var imperiyanın vətəndaşı olmaq, biri də var müstəqil və demokratik ölkənin vətəndaşı olmaq, bunlar tamamilə fərqli şeylərdir", - deyə N.Paşinyan bildirib.
 
Link kopyalandı!
Son xəbərlər