Pavel Durov Parisdə çıxılmaz vəziyyətdə: Məhkəmə prosesi ən azı bir il uzana bilər  
Dünya
357
12:42, Bu gün

Pavel Durov Parisdə çıxılmaz vəziyyətdə: Məhkəmə prosesi ən azı bir il uzana bilər  

Telegram-ın qurucusu Pavel Durovun Fransiyanı tərk etməsi qadağan edilib və o, mütəmadi olaraq polisə hesabat verməlidir.
 
"Wired" nəşri Fransanın prokurorluğuna istinadən xəbər verir ki, onun məhkəmə işi ən tezi bir ildən sonra başlayacaq.
 
Məlumata görə, Durova qarşı cinayət işi Telegram-ın hüquq-mühafizə orqanlarının tələbinə baxmayaraq, təcavüz və pedofiliyada şübhəli bilinən şəxsin kimliyini açıqlamamasına görə başlanıb.
 
Prokurorluq bildirib ki, Durov barəsində həbs orderi Telegram-ın hüquq-mühafizə orqanlarının sorğularına cavab verməməsi səbəbindən bir çox araşdırmanın dalana dirəndiyi aşkar edildikdən sonra verilib. Eyni zamanda, rəsmi qurumlar bu mərhələdə mümkün razılaşma ehtimalının müzakirə üçün tez olduğunu vurğulayıblar.
 
Bu hadisə Telegram-ın məxfilik siyasəti ilə dövlət orqanlarının tələbləri arasındakı gərginliyi daha da artırıb. Ekspertlər hesab edirlər ki, bu işin nəticələri təkcə Durov üçün deyil, ümumiyyətlə, rəqəmsal platformaların məxfilik siyasəti üçün presedent yarada bilər. /Musavat.com/
 
Link kopyalandı!
Son xəbərlər