ABŞ USAID vasitəsilə Ukraynaya 35 milyard dollar köçürüb
Dünya
431
05 Feb 2025 | 21:59

ABŞ USAID vasitəsilə Ukraynaya 35 milyard dollar köçürüb

2022-ci ildən bəri ABŞ ləğv edilməkdə olan Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Ukraynaya 35 milyard dollar köçürüb.
 
Bu barədə “Defence One” informasiya portalı USAİD-in məlumatlarına istinadən məlumat yayıb.
 
Bundan əlavə, portalın istinad etdiyi ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinin sözlərinə görə, USAID Ukraynaya ABŞ silahlarının və digər yardımların çatdırılmasının uçotunda mühüm rol oynayıb.
 
Nəşr qeyd edir ki, agentlik həmçinin Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərdən istifadə etməklə Ukraynaya 20 milyard dollar kreditin verilməsində əsas rol oynayıb.
Link kopyalandı!
Son xəbərlər