“Tosuncuk” həbs edildi
Dünya
228
00:22, Bu gün

“Tosuncuk” həbs edildi

Türkiyədə böyük maliyyə fırıldağı ilə gündəmə gələn “Çiftlik Bank” davasında məhkəmə qərarını açıqlayıb.
 
Məhkəmə, dələduzluqla ittiham olunan Mehmet Aydın (Tosuncuk) və qardaşı Fatih Aydın da daxil olmaqla 20 nəfərlə bağlı hökm çıxarıb.
 
Anadolu 6-cı Ağır Cəza Məhkəməsi tərəfindən keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Mehmet Aydın, Fatih Aydın, Osman Naim Kaya və Havva Özbay iştirak edib.
 
Rekord həbs cəzası: 45 min 376 il!
 
Məhkəmənin qərarına əsasən, Mehmet və Fatih Aydın aşağıdakı cinayətlərdə təqsirli bilinərək 45 min 376 il 6 ay həbs cəzasına məhkum ediliblər. 
 
İnformasiya texnologiyaları və bank sistemlərindən istifadə etməklə dələduzluq
 
Cinayətkar təşkilat yaratmaq və ona rəhbərlik etmək
 
Maliyyə vəsaitlərinin leqallaşdırılması (pulların yuyulması)
 
Ticarət fəaliyyəti adı altında dələduzluq
 
Digər təqsirləndirilən şəxslərə də müxtəlif müddətli həbs cəzaları verilib. Məhkəmə prosesində “qara qutu” kimi tanınan Osman Naim Kaya isə bəzi ittihamlardan bəraət alaraq “cinayətkar təşkilata üzv olmaq” maddəsi ilə 3 il həbs cəzası alıb.
 
Eyni zamanda, Osman Naim Kaya və Havva Özbayın azadlığa buraxılmasına, Mehmet Aydın, Fatih Aydın və Koray Hasgülün isə həbsdə qalmasına qərar verilib. (musavat.com)
Link kopyalandı!
Son xəbərlər