İsveçdə məktəb yaxınlığında atışma: 10-a yaxın adam həlak oldu
Dünya
653
04 Feb 2025 | 23:48

İsveçdə məktəb yaxınlığında atışma: 10-a yaxın adam həlak oldu

İsveçdə məktəb yaxınlığında baş verən atışmada 10-a yaxın adam həlak olub.
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
 
"Hadisə nəticəsində 10-a yaxın adam ölüb. Hazırda onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üzərində işləyirik", - məlumatda deyilir.
 
Mətbuat konfransında polis rəsmiləri atəş açan şəxsin öldürüldüyünü əlavə edib. O, tək hərəkət edib və motivləri məlum deyil.
 
İsveç mediası atəş açan şəxsin əvvəllər polisə məlum olmayan 35 yaşlı kişi olduğunu yazıb. Onun odlu silah saxlamaq üçün icazəsi olub.
 
19:00
 
İsveçin Erebru şəhərində "Campus Risbergska" məktəbi ərazisində baş vermis atışmada beş nəfər güllə yarası alıb.
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, yaralıların vəziyyəti barədə dəqiq məlumat yoxdur.
 
Artıq əraziyə polis qüvvələri cəlb olunub, əməliyyat həyata keçirilir.
 
Hadisə yerində xilasedicilər və təcili yardım maşınları da müşahidə olunur.
 
Əhaliyə məktəb ərazisindən uzaq durmaq və evlərində qalmaq tövsiyə edilir.
Link kopyalandı!
Son xəbərlər