9 min insan adanı tərk etdi - Beynəlxalq ekspertlər qrupu bölgəyə gedir
Dünya
256
20:31, Bu gün

9 min insan adanı tərk etdi - Beynəlxalq ekspertlər qrupu bölgəyə gedir

Ötən il iyun ayından bəri Egey dənizi, Santorini və Yamurgi arasında 2500-dən çox zəlzələ baş verib.
 
Teleqraf.com xəbər verir ki, turistlər və sakinlər də daxil olmaqla, təxminən 9 min insan zəlzələ qorxusu səbəbindən Santorini adasını tərk edib.
 
Afina Universitetinin (EKPA) Seysmologiya Laboratoriyasından verilən açıqlamada bildirib ki, son 48 saatda Santorini və Yamurgidə 200-dən çox zəlzələ qeydə alınıb.
 
Açıqlamada, son zəlzələlərin 2011-2012-ci illərdəki seysmik aktivliyə bənzədiyi, 4.0 və daha yuxarı bal gücündə olan mikrozəlzələlərin bölgədə aktiv vulkanik fəaliyyətin əlaməti ola biləcəyi vurğulanıb.
 
Digər tərəfdən, Yunan mətbuatında çıxan xəbərlərə görə, aralarında ziyarətçi və sakinlər də daxil olmaqla təxminən 9 min adam, yeraltı təkanların sıx hiss edildiyi Santorini adasını böyük bir zəlzələ qorxusu ilə tərk edib.
 
Hava yolları, məktəblərin cümə gününə qədər bağlı olduğu adanı tərk etmək istəyənlər üçün əlavə uçuşlar da təşkil olunub.
 
Beynəlxalq ekspertlər qrupunun bölgəyə getməsi və xüsusi sensor cihazlar vasitəsilə sualtı müayinələr aparması planlaşdırılır.
Link kopyalandı!
Son xəbərlər