Ərdoğan Suriya prezidenti ilə GÖRÜŞDÜ
Dünya
583
04 Feb 2025 | 20:27

Ərdoğan Suriya prezidenti ilə GÖRÜŞDÜ

Suriyanın yeni hökumətinin lideri Əhməd əl-Şaara Türkiyədə səfərdədir.
 
Modern.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.
 
Bildirilir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ankarada, Prezident Kompleksində qonağı qəbul edir.
 
İkitərəfli görüş və heyətlər arasında rəsmi ziyafətdən sonra Ərdoğan və Şaara birgə mətbuat konfransı keçirəcək.
 
Qeyd edək ki, bu, 18 ildən sonra Türkiyəyə Suriya liderləri tərəfindən ilk səfərdir. 
Link kopyalandı!
Son xəbərlər