Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ prezidentinin mətbuat katibi Kerolayn Livitt ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bəzi proqramlarını sərt tənqid edib və bir vergi ödəyicisi kimi bu "zir-zibillərə" pulunu xərcləmək istəmədiyini deyib.
Oxu.Az bu barədə TASS-a istinadla xəbər verib.
Onun sözlərinə görə, son illərdə USAID-də israfçılıq və səlahiyyətlərdən sui-istifadə müşahidə olunub, təşkilat "axmaq prioritetlər" müəyyən edib.
Livitt belə mübahisəli xərclərin nümunələri kimi Serbiyada müxtəliflik və inklüzivliyin artırılması proqramına 1.5 milyon dollar, Kolumbiyada "transgender operası"nın səhnələşdirilməsinə 47 min dollar və Peruda transgenderlər haqqında komikslər nəşrinə 32 min dollar xərclənməsini qeyd edib.
"Bilirəm ki, ABŞ xalqı da öz vergilərinin belə şeylərə xərclənməsini istəmir. Buna görə də Prezident Tramp federal hökumətdə dələduzluq, səmərəsiz xərclər və sui-istifadə hallarının aradan qaldırılması ilə məşğul olmağı İlon Maska həvalə edib", - deyə mətbuat katibi bildirib.
Livitt Maskın USAID-in işini qiymətləndirmək üçün səriştəsinə dair şübhələri rədd edərək, onu nəsildə bir dəfə rast gəlinən sahibkar, həmçinin Prezident Trampın əla müttəfiqi və dostu adlandırıb.