Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistanda keçmiş “Dağlıq Qarabağ” separatçılarına məxsus “işarə və simvollar” tədricən yığışdırlır, unudulur.
Modern.az xəbər verir ki, bu günlərdə Eçmiədzindəki Komitas meydanından qondarma “Artsax bayrağı” da götürülüb.
Məlumatı sosial şəbəkədə “Eçmiədzin” blokunun sədri Sevak Xaçatryan yazıb.
O, vətənində keçmiş “Dağlıq Qarabağ” separatçılarına məxsus simvollara qarşı bu cür hərəkəti pisləyib.
"Biz bu vandalizmi törədənlərin tapılıb məsuliyyətə cəlb olunmasını təmin edəcəyik...”, - deyə Sevak Xaçatryan hiddətini ifadə edib.