Sarkisyanın ölümü ilə bağlı yeni detallar: onu soydaşı öldürübmüş
Dünya
454
18:40, Bu gün

Sarkisyanın ölümü ilə bağlı yeni detallar: onu soydaşı öldürübmüş

Dünən Moskvada yerləşən “Alıye Parusa” yaşayış kompleksində baş verən partlayışla bağlı yeni detallar açıqlanıb.
 
Modern.az xəbər verir ki, bu barədə "İzvestiya" nəşri yazıb.
 
Məlumata görə, partlayış Ermənistan vətəndaşı olan kamikadze tərəfindən törədilib. İddia edilir ki, şübhəli şəxs üzərinə MON-50 partlayıcı qurğusu yerləşdirib və Ukraynada döyüşən erməni batalyonu "Arbat"ın qurucusu Armen Sarkisyanın yaşayış binasının foyesində liftdən çıxan zaman özünü partladıb.
 
Minanı partladan şəxsin əvvəllər məhkum olunmuş Ermənistan vətəndaşı olduğu bildirilir. Onun adı açıqlanmayıb.
 
Hazırda istintaq davam edir. Hadisə ilə əlaqədar bir neçə versiya səsləndirilib. Onlardan biri hadisənin Ukrayna kəşfiyyatçıları tərəfindən törədilməsidir. Rusiyada tütün bazarının yenidən bölüşdürülməsi də versiyalar arasındadır. 
 
Rusiya mətbuatının məlumatına görə, Sarkisyan tütün məmulatlarının topdan satışı ilə məşğul olan TKLAB şirkətinin ortaq sahibi olub.
 
Qeyd edək ki, fevralın 3-də "Alıye Parusa" yaşayış kompleksində baş vermiş partlayış nəticəsində iki nəfər ölüb, 4 nəfər yaralanıb.
 
“Arbat” batalyonu 2022-ci ildə yaradılmış könüllü dəstədir. Onun tərkibinə əsas olaraq etnik ermənilərdən ibarət təqribən 500 nəfər daxildir. Armen Sarkisyan, həmçinin “Donetsk Xalq Respublikası”nın Boks Federasiyasının “fəxri prezidenti”dir.
Link kopyalandı!
Son xəbərlər