"Altiv vulkan yanında yerləşən Natron gölü canlıları məhv edən "ölüm cakuzisi" kimidir..."
Dünyada mövcud olan bəlkə də ən gözəl göllərdən biri eyni zamanda ən ölümcüllərdən hesab edilir. Meksika körfəzindəki "ölüm jakuzisi" kimi bütün canlıları məhv edən Natron gölü də çox təhlükəlidir.
Moderator.az xəbər verir ki, bu barədə "LAFbible" nəşri yazıb.
Tanzaniyanın şimalında, Keniya sərhədində yerləşən bu göl çoxlu vəhşi heyvanlara ev sahibliyi edir. Maraqlıdır ki, onlar, deyəsən, həyatları üçün təhlükənin fərqində deyil, - nəşr yazıb.
Bura nadir cırtdan flaminqoların əsas çoxalma yeri olmaqla yanaşı, həm də 2330 metr hündürlüyündəki Ol Doinyo Lenqay vulkanının kölgəsində yerləşir. Bu vulkan istənilən an püskürə bilər, yəni gölə yaxınlaşanlar eyni anda ikiqat təhlükə ilə üz-üzə qala bilər.
Göl yalnız heyvanlar üçün deyil, insanlar üçün də ölümcül hesab olunur. Turistlərə burada çimməmək tövsiyə edilir.
Göl niyə çəhrayı rəngdədir?
56 km uzunluğunda olan bu göl xüsusi su yosunları olan sianobakteriyalar sayəsində parlaq çəhrayı rəng alır. Bu yosunlar göldəki minerallardan qidalanır və həm bu yosunlar, həm də minerallar son dərəcə təhlükəlidir. Bu göl sanki bütün canlılara "uzaq dur" mesajı verir.
Natron gölü niyə bu qədər ölümcüldür?
Göldəki bakteriyalar hüceyrələri, sinir sistemini və qaraciyəri zədələyən kimyəvi maddə ifraz edir. Üstəlik, suyun tərkibində bir vaxtlar Misirdə mumiyalama prosesində istifadə olunan natrium karbonat var.
Göldəki duz və yüksək qələvilik (pH səviyyəsi) canlıların dərisini yandırır və onları "daşlaşdırır". Hər hansı bir canlı suya toxunduğu anda kalsifikasiya prosesi baş verir, bədən mərmər kimi bərkiyir.
Bu, çox sürətli bir ölümdür, lakin canlının tüklərindən dırnaqlarına qədər hər şeyi olduğu kimi, sadəcə, tamamilə kalsifikasiya olunmuş şəkildə qalır. Bakteriyaların fəaliyyəti nəticəsində gölün suyu çox isti olur. Temperatur 60°C-yə çata bilər.
Natron gölü niyə turistlər üçün bu qədər cəlbedicidir?
Vəhşi təbiət fotoqrafı Nik Brandt bu gölün məşhurluğunun səbəbini izah edib. O, göldə daşlaşmış heyvanları şəkil çəkmək üçün "modellər" kimi istifadə edib.
Brandt "NBC News" nəşrinə deyib: "Natron gölünün sahilində bu canlıları - müxtəlif quşları və yarasaları gözlənilmədən tapdım. Onların orada olduğu kimi fotoşəklini çəkdim və sonra "canlı" pozalara yerləşdirərək "yenidən həyata qaytardım".
Bu ərazi o qədər istidir ki, suyun temperaturu 60°C-yə çata bilər. Hətta ildə 400 mm yağan yağış belə yerə çatmamış buxarlanır və gölün suyuna təsir göstərmir. Bu fenomen "xəyal yağışı" adlanır.