Moskvada dəhşətli partlayışda ölən vəzifəli şəxs kimdir?
Dünya
1108
19:55, Bu gün

Moskvada dəhşətli partlayışda ölən vəzifəli şəxs kimdir?

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Moskvanın "Alıy parus" yaşayış kompleksində baş verən partlayış nəticəsində Donetsk Xalq Respublikası (DNR) Boks Federasiyasının rəhbəri Armen Sarkisyan dünyasını dəyişib.
 
Faciəvi hadisə nəticəsində həlak olan Armen Sarkisyan kim idi?
 
Moderator.az xəbər verir ki, o, təkcə DNR Boks Federasiyasının rəhbəri deyil, həm də "ArBat" adlı könüllü batalyonun yaradıcısı idi.
 
Sarkisyan 2015-ci ildən Ukraynanın "Mirotvorets" saytında axtarışda olan şəxslər siyahısına daxil edilib. Onu Ukraynanın suverenliyinə qarşı fəaliyyət göstərməkdə və Rusiya hərbi əməliyyatlarında iştirak etməkdə ittiham edirdilər.
 
Rusiya Müdafiə Nazirliyinin baş hərbi-siyasi idarəsinin rəis müavini, "Axmat" xüsusi təyinatlı dəstəsinin komandiri Apti Alaudinov Sarkisyanın Rusiyanın və erməni xalqının böyük vətənpərvəri olduğunu bildirib və onun ölümünü böyük itki adlandırıb. O, həmçinin bu hücumu təşkil edənlərin cəzalandırılacağını və mübarizənin davam edəcəyini vurğulayıb.
 
İstintaq hadisə ilə bağlı "ictimai təhlükəli üsulla adam öldürmə" və "iki və daha çox şəxsin qəsdən öldürülməsinə cəhd" maddələri ilə cinayət işi açıb. İlkin məlumata görə, partlayıcı qurğu binanın girişindəki divanın arxasında yerləşdirilib və onun gücü 300-1000 qram trotil ekvivalentində qiymətləndirilir. Partlayıcı qurğunun bina daxilinə sifariş gətirən kuryer vasitəsilə keçirildiyi ehtimal edilir.
Link kopyalandı!
Son xəbərlər