Tramp özünün kriptovalyutasından nə qədər pul qazanıb?
Dünya
327
19:31, Bu gün

Tramp özünün kriptovalyutasından nə qədər pul qazanıb?

ABŞ Prezidenti Donald Tramp 2025-ci il yanvarın 18-də təqdim edilən "Official Trump" ($TRUMP) memkoininin satışa çıxarılmasından sonra ehtimal ki, 802 milyon dollardan çox pul qazanıb.
 
Bu barədə "Coinbase" birjasının məhsullar şöbəsinin rəhbəri Konor Qroqan "X" hesabında paylaşım edib.
 
Ekspertin sözlərinə görə, göstərilən məbləğə aşağıdakılar daxildir:
 
- USDC, TRUMP, SOL-da birjalara göndərilən 482 milyon dollar;
 
- Diapazonundan kənarda 240 milyon dollar likvidlik, bu vəsaitlər pulun müəyyən edilmiş qiymətindən kənardadır və 50 milyon dollar diapazondadır;
 
- USDC komissiyalarında 29.3 milyon dollar.
 
Qroqan, həmçinin qeyd edib ki, layihə komandasının hələ də özündə saxladığı "$TRUMP" tokenlərindəki 16 milyard dolları nəzərə almayıb.
 
Xatırladaq ki, "$TRUMP" tokeni 18 yanvar 2025-ci ildə buraxılıb. Layihə komandası təklifin 80%-nə nəzarət edir.
 
Bundan qısa müddət sonra isə birinci xanımın memkoini - "Official Melania Meme" ($MELANIA) oxşar tokenomika ilə buraxılıb.
 
Link kopyalandı!
Son xəbərlər